Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib.
Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Azərbaycan Opera və Balet Teatrının solisti olub (1951–1971). 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri kimi çalışıb. O, bir sıra balet əsərlərinə quruluşunu verərək tamaşaya hazırlayıb. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.
Rəfiqə Axundova baletmeyster Maqsud Məmmədovun həyat yoldaşıdır.
Allah rəhmət eləsin.