Bakı. Trend:
Bu gün saat 19:00 radələrində Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün iki qatarın hərəkətində gecikmə qeydə alınıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə dərhal operativ tədbirlər görülüb.
"Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib", - deyə məlumatda bildirilib.