1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Bərdə rayonunda əhalinin sayı 156 min nəfər olub. Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib. Bərdə əhalisinin 79469 nəfərini kişilər, 76515 nəfərini qadınlar təşkil edir.
Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 75,2 yaş olduğu bildirilir. Rəsmi məlumata görə, 2022-ci ildə Bərdədə 1148 nikah bağlanıb, 225 boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Bərdə rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. Məlum olub ki, Bərdədə 3 nəfər erməni də yaşayır. Onların hər 3-ü qadındır. Bərdədə say çoxluğuna görə azərbaycanlılardan sonra ruslar gəlir. Şəki rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik: A.Qorxmaz
