1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Şəki rayonunda əhalinin sayı 183,5 min nəfər olub. Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib. Şəki əhalisinin 91345 nəfərini kişilər, 92150 nəfərini qadınlar təşkil edib.
Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Şəki şəhəri, Turan qəsəbəsi, Çələbixan qəsəbəsi. Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 75,4 yaş olduğu bildirilir. Rəsmi məlumata görə, 2022-ci ildə Şəkidə 1130 nikah bağlanıb, 248 boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Şəki rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. Məlum olub ki, Şəkidə 3 nəfər erməni də yaşayır. Onların hər 3-ü qadındır. Şəkidə say çoxluğuna görə azərbaycanlılardan sonra ləzgilər gəlir. Sonrakı yerdə ruslar və türklər qərarlaşıb. Şəki rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik: A.Qorxmaz
