Rusiya prezidenti Vladimir Putin böyük ehtimalla fevralın 12-də Türkiyəyə səfər edəcək. Həmin səfər zamanı prezidentlər Putin-Ərdoğan danışıqları da baş tutacaq. Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qeyd edilib ki, bu, Putinin 2020-ci ildən sonra NATO üzvü olan ölkəyə ilk səfəri olacaq.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putinin martda Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl Türkiyəyə səfər edəcəyini açıqlamışdı.