Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında başa çatacaq.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat yayıb.
Bildirilib ki təmir işləri yekunlaşdıqdan sonra yol nəqliyyatın hərəkəti üçün açılacaq.
Qeyd edək ki, təmir işləri ilə əlaqədar bir sıra küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. (Oxu.Az)