Bakı.Trend:
Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində buraxılan iki raketin məhv edildiyini açıqlayıb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə sistemləri Yəməndəki üsyançı “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən buraxılan iki raketi müəyyən edərək, məhv edib.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
xxx 09:35
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir neçə güclü partlayış səsi eşidilib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır.
"Al-Jazeera" telekanalının bundan əvvəl verdiyi məlumata görə, ölkənin Mülki Müdafiə Xidməti paytaxt Ər-Riyadın sakinləri üçün "potensial təhlükə" barədə xəbərdarlıq elan etmişdi. Sakinlərin qrup şəklində toplaşmaması və təhlükəsiz yerlərdə daldalanmaları tövsiyə olunmuşdu.