Qloballaşan dünyada sərhədlər yalnız kağız üzərində - xəritələrdə qalıb. Təhsil, iş, səyahət və sosial şəbəkələr müxtəlif millətlərdən olan insanları daha tez-tez qarşılaşdırır. Bu qarşılaşmaların bir hissəsi dostluqla bitir, bir hissəsi isə nikahla. Müşahidələr göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanan nikahların sayı artmaqdadır. Artıq azərbaycanlı bir gəncin alman, ingilis, fransız, koreyalı, türk, rus və ya amerikalı ilə ailə qurması nadir hal deyil. Xüsusən xaricdə təhsil alan və ya beynəlxalq mühitdə çalışan gənclər üçün bu cür evliliklər adiləşib. Bir çoxları üçün əsas meyar milliyyət yox, xarakter uyğunluğu, dəyərlər və qarşılıqlı hörmətdir. Doğrudur, Azərbaycan cəmiyyətində hələ də “öz millətimdən olsun” düşüncəsi güclüdür. Xüsusilə valideynlər üçün dil, din və adət-ənənə məsələləri önə çəkilir. Amma statistika göstərir ki, zamanla valideynlər dəəcnəbilərlə evliliyə öyrəşirlər. Əcnəbi kürəkən və ya əcnəbi gəlin Azərbaycan dilini öyrənməyə, adət-ənənələrə hörmət etməyə çalışdıqca, ailə üzvlərinin münasibəti də yumşalır. Modern.az saytı Ədliyyə Nazirliyinin rəsmi statistikasını diqqətinizə çatdırır: 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 2081 nikah bağlanıb. 2024-cü ildə isə Azərbaycan vətəndaşları ilə əcnəbilərin 2037 nikahı qeydə alınıb. Göründüyü kimi, statistikada xeyli artım gözə çarpır. Araşdırmalar göstərir ki, əcnəbilərlə qohum olan azərbaycanlılar arasında tanınmışlar da az deyil. Faktlar da bunu təsdiqləyir: