Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilmiş yazıçısı, jurnalist Həmid Herisçinin vəziyyəti yaxşılaşıb. Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı İlhamiyyə Rza bildirib: “Maraqlananlar üçün deyim ki, Həmidin bu gecə qızdırması olmayıb. Hər gün olurdu və vəziyyəti pisləşirdi. Bu fakt məncə müsbət haldır». Xatırladaq ki, 1960-cı il təvəllüdlü Həmkd Herisçi 26.01.2024-cü il tarixində qızılca diaqnozu ilə Sabunçu Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.