Bakı. Trend:
İngiltərə Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 9-cu turu çərçivəsində “Çelsi” “Mançester Yunayted”i qəbul edib.
Londondakı “Stemford Bric” stadionunda keçirilən oyunu Piter Benksin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Matçda Xabi Alonsonun yetirmələri 2:0 hesabı ilə qələbə qazanıblar.
Qarşılaşmanın 34-cü dəqiqəsində qonaqların hücumçusu Mateus Kunyanın qolu VAR sisteminə baxışdan sonra ləğv edilib. 50-ci dəqiqədə Morqan Rocers London təmsilçisini hesabda önə keçirib. 63-cü dəqiqəsində “Mançester Yunayted”in argentinalı müdafiəçisi Lisandro Martines iki sarı vərəqə aldığı üçün meydandan qovulub. 64-cü dəqiqədə isə Koul Palmer penalti zərbəsini dəqiq yerinə yetirərək London təmsilçisinin üstünlüyünü iki topa çatdırıb. Bu, Palmerin Premyer Liqadakı 50-ci qolu olub. 71-ci dəqiqədə isə VAR sisteminə baxış bu dəfə Estevaonun qolunu ləğv edib.
Beləliklə, "Mançester Yunayted” İngiltərə Premyer Liqasının 9-cu turunda 5-ci dəfə məğlub olub. Komanda yeddi xal toplayıb. “Çelsi” isə 16 xala malikdir.