Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.
Modern.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Şəfahət İmranov indiyə kimi respublika hərbi prokurorunun müavini vəzifəsini tuturdu. O, həmin postdan azad edilib.