Danimarka Kralı X Frederik bu ilin 18-20 fevral tarixlərində Qrenlandiyaya səfər edəcək. Modern.az xəbər verir ki, bu barədə Danimarka mediası məlumat yayıb. Kral Frederik bildirib ki, adaya səfəri səbirsizliklə gözləyir, çünki o, Qrenlandiya sakinlərinin ABŞ-ın yaratdığı vəziyyətdən narahat olduğunu hiss edir. “Qrenlandiya sakinlərinin əhval-ruhiyyəsini qaldırmaq lazımdır”, - deyə monarx bildirib. Xatırladaq ki, ABŞ Prezidnti Donald Tramp son zamanlar Qrenlandiya adasının Amerikanın tabeliyinə keçməsinə çalşır.