2023-cü il üzrə Azərbaycanda cinayətkarlığın dinamikası açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev bu gün keçirilən geniş kollegiya iclasında məlumat verib.
Məlumatlara əsasən 2023-cü ildə baş vermiş cinayət hadisələrinin satistikası aşağıdakı kimidir:
İllər üzrə 2022 2023 Qəsdən adam öldürmə 171 178 Qəsdən adam öldürməyə cəhd 61 65 Qəsdən sağlamlığa ağır zərər vurma 334 318 Zorlama və zorlamaya cəhd 16 19 Mənimsəmə və ya israf etmə 262 317 Oğurluq 7794 6951 Dələduzluq 4246 5622 Soyğunçuluq 268 204 Quldurluq 103 71 Narkotik vasitələrin qanunsuz dövriyyəsi 10 665 10 057Qeyd edək ki, yanvarın 26-da Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib. Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.