Gələn ay İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcək bütün Rusiya idmançılarının adları açıqlanıb.
Modern.az xəbər verir ki, 13 rusiyalı İtaliyada keçiriləcək Olimpiadada neytral idmançı kimi yarışacaq.
2026-cı il qış Olimpiadasında iştirak edəcək rusiyalı neytral idmançılarının yekun siyahısı:
Dağlıq xizəyi: Semyon Yefimov, Yuliya Pleşkova Sürətli konkisürmə: Anastasiya Semyonova, Kseniya Korjova Xizək sürmə: Dariya Nepryaeva, Saveliy Korostelev Lodqinq: Dariya Olesik, Pavel Repilov Dağlıq xizəyi: Nikita Filippov Fiqurlu konkisürmə: Adelia Petrosyan, Pyotr Qumennik Qısa yolda sürətli konkisürmə: Alena Krılova, İvan Posaşkov
Beləliklə, Rusiya idmançıları qarşıdan gələn Olimpiadada 16 idman növündən 6-sında yarışacaqlar.
Müqayisə üçün, Rusiya 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında 212 idmançı ilə təmsil olunmuşdu və 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 15 rusiyalı neytral idmançı kimi yarışmışdı. 2026-cı ilin Qış Olimpiadası fevralın 6-dan 26-dək keçiriləcək.