Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizdə tikiləcək 10 yeni metro stansiyanın yerləşəcəyi yerlərin müəyyənləşdiyini bildirib. Modern.az xəbər verir ki, bu 10 yeni metro stansiyasının ilkin olaraq təsdiqlənmiş yerləşmə yerləri məlum olub. Xüsusilə, 6 yeni stansiyanın “Bənövşəyi xətt” üzərində inşa edilməsi nəzərdə tutulur. Bu il isə, Bakı Metropoliteninin vədinə görə, şərti olaraq “B-4” adlandırılan metro stansiyasının açılması planlaşdırılır.
Həmçinin “Yaşıl xətt”in davamında “Həzi Aslanov-2” (“Y-17”) metro stansiyası inşa ediləcək. Stansiya hazırda mövcud olan eyniadlı metro stansiyasının yaxınlığında yerləşəcək.