İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana səfər edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Abdullahian yanvarın 29-da Pakistanda olacaq. Səfər Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə gerçəkləşəcək.
Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.