Azərbayacan Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub. Moder.az xəbər verir ki, Hidayət Əzimov müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub. Faktı Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov da təsdiqləyib.
H.Əzimov bu vəzifəyə təyin olunmazdan əvvəl Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Hidayət Əzimov 1985-ci ildə Bakıda anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.
2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.
2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.