Bakı. Trend:
Ucar rayonunda xurma yığan kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Trend-in məlumatına görə, hadisə noyabrın 3-də saat 14 radələrində rayonun Qulabənd kəndində baş verib.
Kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Muxtar oğlu Xankişiyev qonşusuna kömək etmək üçün onun evinin həyətyanı sahəsindəki bağda xurma yığarkən əlindəki dəmir nərdivan elektrik naqilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.