Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin l kurs tələbəsi Vaqif Qasımov vəfat edib.
Bu barədə Modern.az-a BDU-nin mətbuat katibi Kəmalə Namazova məlumat verib. Onun sözlərinə görə, tələbə bronxial astma xəstəliyindən dünyasını dəyişib. “BDU rəhbərliyi tələbəmizin vəfatından kədərlənir və ailəsinə dərin hüznlə başsağlığı verir”, - o bildirib. Allah rəhmət eləsin!