Rəsmi İərvan sülh müqaviləsinin mətni ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana göndərib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O, təkliflərin Azərbaycan tərəfinəd yanvarın 4-də göndərildiyini qeyd edib.
“Biz həmin təkliflər üzərində çox konstruktiv işlədik və təkliflərimizi göndərdik. Sülh müqaviləsinin son nəticədə əsaslanacağı prinsiplər vacibdir. Ölkələr heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlığın lazım olduğu bir məsələdir və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir. Əgər ölkələr arasında demarkasiya prosesi uzun müddət çəkə bilərsə, o zaman sülh sazişi heç olmasa gələcəkdə demarkasiya prosesinin davam edəcəyi aydın əsaslara malik olmalıdır. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gələcək demarkasiya Ermənistanın heç bir qeyri-müəyyənliyə yol verə bilməyəcəyi məsələlərdir”, - Mirzoyan vurğulayıb. Nazir deyib ki, Ermənistan Cənubi Qafqazda sülh danışıqlarını davam etdirmək əzmindədir: "Biz inanırıq ki, əgər hər iki tərəf konstruktiv yanaşsa, siyasi iradə olarsa, çox yaxın gələcəkdə sülhün bərqərar olunmasında nəzərəçarpacaq nəticələr əldə edə biləcəyik”.