Yola saldığımız 2023- cü ildə Forbes siyahısında olan 21 milyarder vəfat edib.
Metbuat.az xəbər verir ki, bu milyarderlərdən doqquzu ABŞ-da, üçü Hindistan, iki nəfər isə Malayziyada vəfat edib. 2023-cü ildə vəfat edənlər arasında yalnız bir qadın var. Bu qadın Çin farmatsevtika şirkəti “WuXi App” in həmtəsisçisi Tec Chao Nin-dir. O, son 20 il boyunca xərçənglə mübarizə aparsa da, 56 yaşında vəfat etdi.
2023-cü ildə tanınmış Misir milyarderi Muhammad Al-Fayed də vəfat etdi. Al-Fayed şahzadə Diananın atası idi. Parisdə Ritz oteli, Harrods və "Fulham" futbol klubunun sahibi olan Muhammed 94 yaşında vəfat edib.