Kirmanda baş verən partlayışda ölənlərin sayı 53 nəfərə çatıb, 71 nəfər yaralanıb.
Modern.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu ölkənin fövqəladə hallar departamentinin rəhbəri bildirib.
Bildirilib ki, hadisədə yaralanan şəxlər təcili tibbi yardım mərkəzlərinə çatdırılıb.
Qeyd edək ki, İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirilib.
****
16:02
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki partlayış baş verib.
Modern.az xəbər verir ki, məlumatı "Tasnim" yayıb.
Məlumata görə, Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt iki bomba parlayıb.İ lkin məlumata görə, 30 nəfər yaralanıb.
"Isna" agentliyi isə yerli rəsmilərə istinadən bildirir ki, partlayış zamanı 20 nəfər ölüb, 40 nəfər yaralanıb.
Hazırda ərazidə təxliyə işlərinin aparıldığı bildirilir.