Baş Prokurorluq portalın təsisçisi və tanışı barədə məhkəmə hökmündən protest verib.
Sabunçu rayon məhkəməsinin 8 dekabr 2023-cü il tarixli hökmü ilə Səməndər Niftəliyevə bəraət verilib, Həmzə Hüseynli isə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə eyni tarixli qərarla barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.
Dövlət ittihamçısı tərəfindən 28 dekabr 2023-cü il tarixdə qeyd edilən bəraət hökmündən və qərardan apellyasiya protesti verilib.