Türkiyə Superliqasında "Fənərbaxça" "Konyaspor"u qəbul edib.
Metbuat.az xəbər verir ki, meydan sahibləri qonaqlara şans verməyiblər. "Fənərbaxça" 4-0 hesabı ilə qələbə qazanıb.
Bu nəticədən sonra 36 xal toplayan "Fənərbaxça" lider "Qalatasaray"dan 3 xal geri qalır. Konya təmsilçisi isə 16 xalla 12-ci yerdədir.