Bu gün Azərbaycan kubokunda 2023/24 mövsümünə start veriləcək.
Modern.az xəbər verir ki, kubok yarışları 1-ci təsnifat mərhələsini oyunları ilə başlayacaq. İlk oyun günündə 3 matç keçiriləcək. 2-ci liqa təmsilçilərindən “Füzuli” “Lerik”lə, “Qusar” “Şahdağ Qusar”la, “Göygöl” də “Dinamo” ilə qarşılaşacaq.
18 noyabr (şənbə)
13:00. “Füzuli” – “Lerik” Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə “ASK Arena”
13:00. “Qusar” – “Şahdağ Qusar” Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov “Kapital Bank Arena” (ehtiyat meydança)
14:30. “Göygöl” – “Dinamo” Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov Göygöl OİK stadionu
19 noyabr (bazar)
14:00. “Ağdaş” – “Cəbrayıl” Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov Ağdaş şəhər stadionu
14:00. “Şəki Siti” – “Kür-Araz” Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli Şəki şəhər stadionu
14:30. “Bakı Sportinq” – “Kürmük Qax” Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə Binə qəsəbə stadionu
20 noyabr (bazar ertəsi)
14:30. “Şəfa” – “Şəmkir” Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov Binə qəsəbə stadionu