Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə haqqında Sərəncam imzalayıb.
Metbuat.az xəbər verir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetinə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan 1990 ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
“Qarabağın cənub hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları düşən günəş şüalarının həcminə görə, Naxçıvan MR-dan sonra ikinci yeri tutur. Hesablamalara əsasən, bir kvadrat metr səthə düşən günəş radiasiyasının həcmi ildə 1600-1700 kilovatt/saat təşkil edir. Ümumilikdə Qarabağın günəş enerjisi potensialı 3000-4000 meqavatta bərabərdir.
Bildiyiniz kimi, Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki, azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Hesab edirəm ki, bu sahəyə daha çox investorların marağı cəlb edilərsə, bu, Qarabağda məşğulluğun artmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaqdır”.
Bəs dünyada bu proses necə həyata keçirilir?
“Hesablamalara əsasən, 2024-cü ildə günəş enerjisinin istehsal gücünün 3 dəfədən də çox artaraq 1.195 giqavat-a, külək enerjisinin də istehsal gücünün 1.411 giqavat-a çatacağı gözlənilir. Dünyada beş ildən sonra ən çox alternativ enerji Çində (1.219 giqavat), daha sonra ABŞ-da istehsal olunacaq. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə,bərpa olunan enerjinin kömürü keçərək 2025-ci ilədək dünyanın ən böyük elektrik enerjisi mənbəyi ola bilər. Bu da təqribən dünyanın üçdə birini təmin edəcək qədər gücə malikdir. Əgər bu sahə ölkəmizdə kifayət qədər genişləndirilərsə, ixracı da daxil olmaqla gələn gəlir ölkə iqtisadiyyatında nəzərə çarpacaq qədər təsirli olacaq”.
