UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab matçı çərçivəsində “Beşiktaş” “Lozanna”nı qəbul edib.
Metbuat.az xəbər verir ki, “Beşiktaş” 0:1 hesabı ilə məğlub olub. İlk matçda da 1:1 hesabı qeydə alındığından İstanbul təmsilçisi mübarizəni dayandırmalı olub.
Türkiyənin “Samsunspor” klubu isə Avropa Liqasında iki oyunun nəticəsinə görə “Panatinaikos”a uduzaraq mübarizəni dayandırmalı olub. Samsun təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirəcək.