“Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmələri ilə bağlı fikirlərini bölüşüb.
Metbuat.az xəbər verir ki, o, əldə edilən nəticədən məmnun olduğunu bildirib:
“Əla oyun nümayiş etdirdik və tarixi uğura imza atdıq. Futbolçularımızla qürur duyuram. Liqa mərhələsində kimlə qarşılaşacağımız önəmli deyil, əsas hədəfimizə çatmışıq. Böyük ehtimalla, oyunlarımızı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyik”.