"Benfika" Kerem Aktürkoğlunu "Fənərbaxça"ya satmaqdan imtina edib.
Metbuat.az xəbər verir ki, "Benfika" futbolçunu klubda saxlamaq istəyir. Bundan əvvəl klubların 25 milyon avro qarşılığında razılığa gəldiyi barədə xəbərlər dərc edilmişdi. Portuqaliya mətbuatında yer alan xəbərlərə görə, "Benfika" Kerem Aktürkoğlunun klubdan ayrılmasına icazə verməyəcək. İddialara görə, "Benfika"nın hazırda Kerem tərzində başqa futbolçusu yoxdur. Bruno Lage isə zədəlidir. “Benfika” müdafiədən hücuma tez keçmək üçün Keremi klubda saxlamağa qərar verib.
Qeyd edək ki, Kerem Aktürkoğlu “Benfika”da 56 oyunda 16 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.