"Qalatasaray" qapıçı Günay Güvənç və müdafiəçi Davinson Sançesin müqavilələrini uzadıb.
Metbuat.az xəbər verir ki, bu barədə klubdan məlumat yayıb. Bildirilib ki, Günay Güvənçin sözləşməsi 2027/2028 mövsümünün sonuna, Davinson Sançesin müqaviləsi isə 2028/2029 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, yay transfer dövründə "Qalatasaray" Abdülkərim Bardakcı, Kaan Ayhan, Metehan Baltacı, Barış Alper Yılmaz və Yunus Akgünlə də müqaviləsini yeniləyib.