Türkiyənin “Beşiktaş” klubu yay transfer çalışmalarında müdafiə xəttinə gücləndirmə planlarını davam etdirir.
Metbuat.az xəbər verir ki, Almaniyanın “VfL Volfsburq” klubunda çıxış edən 26 yaşlı mərkəz müdafiəçisi Morits Yens İstanbul təmsilçisinin transfer siyahısına daxil edilib.
Almaniyanın “Sky DE” nəşrinin məlumatına görə, “Beşiktaş” son günlər futbolçunun transfer şərtləri barədə məlumat toplayıb və prosesi yaxından izləyir.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Maynts”da keçirən alman müdafiəçi 20 oyunda meydana çıxıb, qol və assist qeydə almayıb.