"Sabah" çox ciddi rəqibdir".
Metbuat.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablayarkən deyib.
Baş məşqçinin sözlərinə görə, "Sabah"ın çox böyük şansları var:
"Son oyunlarını izlədim. Biz çalışırıq ki, öz işimizlə düzgün məşğul olaq və yaxşı nəticə əldə edək. Nə qədər gücümüz varsa, bunun üçün çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" Şimali Makedoniyanın “Şkendiya” komandası 5:1 hesabı ilə məğlub edərək adını pley-offa yazdırıb.
Sevinc İbrahimzadə / Metbuat.az