Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hazırda məhdudiyyətlər yalnız mobil internet vasitəsilə qoşulma zamanı hiss olunur. Zənglər ya ümumiyyətlə getmir, ya da səs keyfiyyəti kəskin şəkildə pisləşir. “Wi-Fi” üzərindən zənglər hələlik mümkündür, lakin bu, müvəqqəti test mərhələsidir.
"İlkin ehtimal budur ki, hökumət bu addımı rəqəmsal təhlükəsizliklə bağlı atıb. Digər tərəfdən isə Rusiyada sanksiyalara görə hazırda lazımi infrastruktur təkmilləşdirmələri apara bilmirlər. Hətta ölkədəki mobil operatorlar bununla bağlı hökumətə məktub da yazıblar. Onlar sanksiyalara görə lazımi infrastruktur yeniləmələrinin mümkün olmadığını bildiriblər. Operatorlar internet trafikinin artdığını qeyd edərək, trafikin azaldılması üçün "WhatsApp" və "Telegram"da zənglərin bloklanmasını istəyiblər. Məsələ ilə bağlı rəsmi açıqlama verilmir. Bununla belə, bəzi Rusiya rəsmiləri bloklamanın telefon fırıldaqçılığı ilə mübarizə üçün zəruri olduğunu iddia ediblər".
O bildirib ki, Azərbaycanda isə oxşar məhdudiyyətlərin tətbiq olunması üçün heç bir məntiqi əsas yoxdur:
Ülkər Cəlilzadə / Metbuat.az
