Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Niderlandın “Feyenoord” komandası üzərində 5:2 hesabı ilə qələbə qazanıb.
Səfərdə 1:2 uduzan “Fənərbağça” beləliklə növbəti mərhələyə vəsiqə əldə edib.
Pley-offda isə “Fənərbağça” Portuqaliyanın “Benfika” və Fransanın “Nitsa” komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək. İlk oyunda “Benfika” Fransada 2:0 hesabı ilə qalib gəlib.