Çində hərəkətdə olan “BYD Song Plus” markalı elektrikli avtomobili ardıcıl üç dəfə ildırım vurub.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü zərbələrə baxmayaraq, avtomobilin sürücüsü xəsarət almayıb, güc akkumulyatoru, idarəetmə bloku və mühərrikdə zərər aşkarlanmayıb. Mütəxəssislər bunun metal gövdənin “Faraday qəfəsi” effekti yaratması ilə bağlı olduğunu bildiriblər.
Ekspertlər ildırım zamanı avtomobildən düşməməyi, pəncərələri bağlamağı, bütün elektron sistemləri söndürməyi və təhlükə sovuşduqdan sonra ən azı 30 dəqiqə gözləməyi tövsiyə edirlər.
Təhlükəsizlik kameraları ildırımın avtomobili vurma anını qeydə alıb. Həmin kadrları təqdim edirik: