“Rəqibdən qorxu yox idi, sadəcə bilirdik ki, qarşımızdakı komanda təcrübəlidir.”
Metbuat.az-ın məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya” ilə keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, bəzən hər şeyə hazırlaşırsan, amma futbol sənə gözlənilməz sürprizlər göstərir:
“Komanda olaraq ardıcıl qollar buraxdıqdan sonra oyuna qayıtmaq çətin oldu. Deməzdim ki, futbolçularımız zəifdir, sadəcə bəzən nə qədər istəsən də, alınmır.”
Sevinc İbrahimzadə / Metbuat.az