"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.
***
00:30
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında üçüncü qol vurulub.
Metbuat.az xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi üç topa yüksəldib - 3:0.
Qarşılaşmanın 85-ci dəqiqəsində Nəriman Axundzadə meydan adını tabloya yazdırıb.
***
00:26
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında ikinci qol vurulub.
Metbuat.az xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.
***
22:57
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" "Şelburn"la matçda hesabı açıb.
Metbuat.az xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubunun heyətində Leandro Andrade fərqlənib - 0:1.
Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.
***
22:45
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" - "Qarabağ" matçı start götürüb.
Metbuat.az xəbər verir ki, qarşılaşma Dublindəki "Tolka Park" stadionunda keçirilir.
Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.