Türkiyənin Antalya şəhərində rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin episentri 18.05 kilometr dərinliyində olub.
AFAD-dan verilən açıqlamada bildirilib ki, dağıntı qeydə alınmayıb.