İşğal olunmuş Fələstin ərazisində törədilmiş cinayətləri araşdıran Birləşmiş Millətlər Təşkilatının Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının üç üzvü istefa verib.
Metbuat.az xəbər verir ki, nümayəndələrin şəxsi səbəblərə görə vəzifəsindən istefa verdiyi irəli sürülür. BMT-nin İnsan Haqları Şurası müstəqil komissiyada çalışan Navi Pillay, Chris Sidoti və Miloon Kotharinin istefa ərizələrini təqdim etdiyini açıqlayıblar. Məlumata görə, komissiya üzvləri şəxsi səbəblərə, məsələn, yaşlarına görə istefa veriblər.
Onlar komissiyanın yenilənməsinin vacibliyinə qeyd ediblər.