Xankəndidə 800-900 seçici səs verəcək.
Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq azad olunmuş ərazilərdə fəaliyyət göstərən 26 seçki məntəqəsi yaradılıb:
“Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”.