Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçirilib. İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova bildirib.
O qeyd edib ki, bu qərar bütün Azərbaycan xalqının arzu və istəklərini nümayiş etdirir:
"İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dünyanın ən dinamik ölkələrdən birinə çevrilib. Hesab edirik ki, bundan sonra da bu formada davam edəcək”.