Erməni işğalından azad edilən Qubadlı rayonunun Xanlıq kəndinin gələcək görünüşü ilə bağlı videoçarx hazırlanıb.
Modern.az videonu təqdim edir.
Xanlıq kəndi ərazisində yaşayış evləri və infrastruktur yararsız vəziyyətə salınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən bu il mayın 4-də Xanlıq kəndinin təməli qoyulub. I mərhələdə Xanlıq kəndində iki, üç, dörd və beş otaqlı fərdi yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılır. Burada əhalinin dayanıqlı məskunlaşması üçün hər şərait yaradılacaq.