Bakı. Trend:
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyi Azərbaycanı Zəfər Gününün altıncı ildönümü münasibətilə təbrik edib.
Nazirliyin sosial şəbəkə hesablarında yayımlanan paylaşımda deyilir: “Qardaş ölkənin işğal altındakı torpaqlarının azad edilməsini simvolizə edən 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın qəhrəman ordusunu və xalqını səmimi-qəlbdən təbrik edirik”.