UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
Metbuat.az xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda öndədir - 1:0.
29-cu dəqiqədə Marko Pyaça fərqlənib.
***
23:51
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ilk hissə yekunlaşıb.
Metbuat.az xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri fasiləyə öndə yollanıb - 1:0.
29-cu dəqiqədə Marko Pyaça fərqlənib.
***
23:32
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında hesab açılıb.
Metbuat.az xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda önə çıxıb - 1:0.
29-cu dəqiqədə Marko Pyaça fərqlənib.
***
23:01
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçı start götürüb.
Metbuat.az xəbər verir ki, qarşılaşma "Maksimir" stadionunda keçirilir.
Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.