Bakı. Trend:
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 10,76 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri Türkiyənin Muğla vilayətinin sahillərindən 300 kilometr məsafədə qeydə alınıb.