UEFA PSJ klubuna sərt cəza verə bilər.
Metbuat.az xəbər verir ki, "Real Madrid"in futbolçusu Kilian Mbappe borcu ödəmədiyinə görə, PSJ-ni UEFA-ya şikayət edib. PSJ-nin Mbappeyə 55 milyon avro borcu olduğu bildirilir. Məlumata görə, UEFA şikayəti nəzərə alsa klub cəzalandıracaq. Qeyd edək ki, Kilian Mbappe PSJ-dən "Real"a transfer olub.