Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasim ilk dəfə olaraq stadiondan kənarda - Sena çayının ətrafında təşkil olunacaq.
Paris şəhərinə dünyanın 206 ölkəsindən 10 min 500-dən çox idmançı gəlib. Atletlər yarışda 32 idman növü üzrə 329 dəst medal medal uğrunda mübarizə aparacaq. Açılış mərasimindəki paradda Azərbaycan komandasının bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaq.
Avqustun 11-dək davam edəcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 15 idman növü üzrə 48 idmançı ilə 17 proqramda təmsil olunacaq.
Bəs Azərbaycanı Yay Olimpiadasında təmsil edən 48 idmançı kimlərdir? Modern.az saytı Parisə gedən azərbaycanlı olimpiadaçılraın tam siyahısını təqdim edir: 1. Anna Skidan Təvəllüdü: 15.05.1992 İdman növü: atletika (çəkicatma)
2. Ruslan Lunyov (10 m, pnevmatik tapança) Təvəllüdü: 25.07.1989 İdman növü: güllə atıcılığı
3. Nicat Hüseynov Təvəllüdü: 31.03.2003 İdman növü: boks Çəki dərəcəsi: 51 kq
4. Malik Həsənov Təvəllüdü: 30.04.1998 İdman növü: boks Çəki dərəcəsi: 63,5 kq
5. Murad Allahverdiyev Təvəllüdü: 29.08.2002 İdman növü: boks Çəki dərəcəsi: 80 kq
6. Məhəmməd Abdullayev Təvəllüdü: 06.04.1999 İdman növü: boks Çəki dərəcəsi: +92 kq
7. Alfonso Dominqes Təvəllüdü: 28.05.1995 İdman növü: boks Çəki dərəcəsi: 92 kq
8. Zöhrə Ağamirova Təvəllüdü: 08.08.2001 İdman növü: bədii gimnastika
9. Selcan Mahsudova Təvəllüdü: 28.08.2003 İdman növü: batut gimnastikası
10. Zeynəb Hümmətova Təvəllüdü: 06.12.1999 İdman növü: bədii gimnastika (qrup hərəkətləri komandası)
11. Ləman Əlimuradova Təvəllüdü: 29.11.2004 İdman növü: bədii gimnastika (qrup hərəkətləri komandası)
12. Yelizaveta Luzan Təvəllüdü: 14.03.2003 İdman növü: bədii gimnastika (qrup hərəkətləri komandası)
13. Güllü Ağalarzadə Təvəllüdü: 25.10.2003 İdman növü: bədii gimnastika (qrup hərəkətləri komandası) 14. Darya Sorokina Təvəllüdü: 29.11.2002 İdman növü: bədii gimnastika (qrup hərəkətləri komandası)
15. Əliabbas Rzazadə Təvəllüdü: 21.05.1998 İdman növü: sərbəst güləş Çəki dərəcəsi: 57 kq 16. Hacı Əliyev Təvəllüdü: 21.04.1991 İdman növü: sərbəst güləş Çəki dərəcəsi: 65 kq
17. Turan Bayramov Təvəllüdü: 11.01.2001 İdman növü: sərbəst güləş Çəki dərəcəsi: 74 kq
18. Osman Nurmaqomedov Təvəllüdü: 21.05.1998 İdman növü: sərbəst güləş Çəki dərəcəsi: 86 kq
19. Maqomedxan Maqomedov Təvəllüdü: 27.01.1998 İdman növü: sərbəst güləş Çəki dərəcəsi: 97 kq
20. Georgi Meşvildişvili Təvəllüdü: 13.05.1992 İdman növü: sərbəst güləş Çəki dərəcəsi: 125 kq
21. Murad Məmmədov Təvəllüdü: 12.08.1995 İdman növü: yunan-Roma güləşi Çəki dərəcəsi: 60 kq
22. Həsrət Cəfərov Təvəllüdü: 05.10.2002 İdman növü: yunan-Roma güləşi Çəki dərəcəsi: 67 kq
23. Sənan Süleymanov Təvəllüdü: 27.01.1997 İdman növü: yunan-Roma güləşi Çəki dərəcəsi: 77 kq
24. Rafiq Hüseynov Təvəllüdü: 16.05.1988 İdman növü: yunan-Roma güləşi Çəki dərəcəsi: 87 kq
25. Sabah Şəriəti Təvəllüdü: 01.01.1989 İdman növü: yunan-Roma güləşi Çəki dərəcəsi: 130 kq
26. Mariya Stadnik Təvəllüdü: 03.12.1988 İdman növü: qadın güləşi Çəki dərəcəsi: 50 kq
27. Qaşim Maqomedov (58 kq) Təvəllüdü: 22.09.1999 İdman növü: taekvondo Çəki dərəcəsi: 58 kq
28. Alexandra Mollenhauer Təvəllüdü: 04.05.1998 İdman növü: 3x3 basketbol (komanda) 29. Dina Ulyanova Təvəllüdü: 01.09.1989 İdman növü: 3x3 basketbol (komanda)
30. Tiffany Hayes Təvəllüdü: 20.09.1989 İdman növü: 3x3 basketbol (komanda) 31. Mercedes Valker Təvəllüdü: 17.10.1986 İdman növü: 3x3 basketbol (komanda)
32. Diana Dımçenko Təvəllüdü: 08.09.1989 İdman növü: akademik avarçəkmə
33. Edi Reski Dviçayo Təvəllüdü: 13.05.1998 İdman növü: badminton
34. Keişa Fatimə Zəhra Təvəllüdü: 12.08.2003 İdman növü: badminton
35. Rostislav Pevtsov Təvəllüdü: 15.04.1987 İdman növü: triatlon
36. Anna Başta Təvəllüdü: 10.07.1996 İdman növü: qılıncoynatma
37. Yaylagül Ramazanova Təvəllüdü: 18.01.1990 İdman növü: kamandan oxatma
38. Məryəm Şeyxəlizadəxangah Təvəllüdü: 18.07.2004 İdman növü: üzgüçülük
39. Ramil Vəlizadə Təvəllüdü: 16.02.2004 İdman növü: üzgüçülük 40. Leyla Əliyeva Təvəllüdü: 01.09.1997 İdman növü: cüdo Çəki dərəcəsi: 48 kq
41. Gültac Məmmədəliyeva Təvəllüdü: 20.09.1999 İdman növü: cüdo Çəki dərəcəsi: 52 kq
42. Balabəy Ağayev Təvəllüdü: 30.09.1998 İdman növü: cüdo Çəki dərəcəsi: 60 kq 43. Yaşar Nəcəfov Təvəllüdü: 09.06.1999 İdman növü: cüdo Çəki dərəcəsi: 66 kq
44. Hidayət Heydərov Təvəllüdü: 27.07.1997 İdman növü: cüdo Çəki dərəcəsi: 73 kq
45. Zelim Tçkayev Təvəllüdü: 02.05.1999 İdman növü: cüdo Çəki dərəcəsi: 81 kq
46. Elcan Hacıyev Təvəllüdü: 29.04.2002 İdman növü: cüdo Çəki dərəcəsi: 90 kq
47. Zelim Kotsoyev Təvəllüdü: 09.08.1998 İdman növü: cüdo Çəki dərəcəsi: 100 kq
48. Uşanqi Kokauri Təvəllüdü: 10.01.1992 İdman növü: cüdo Çəki dərəcəsi: +100 A.Qorxmaz















































