Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 3 günlük məzuniyyətə gedəcək. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mirzoyan iyulun 31-dən avqustun 2-dək məzuniyyətdə olacaq.
Bu müddət ərzində Mirzoyan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanla əvəzlənəcək. Qeyd edək ki, Ararat Mirzoyan artıq bir dəfə - iyulun 22-26-da məzuniyyətdə olub. Ermənstan baş naziri Nikol Paşinyan da hazırda məzuniyyətdədir.