Azərbaycanlı gənc ABŞ-ın nüfuzlu universitetinə qəbul olub.
Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsində məlumat yayılıb.
Orxan Abdulkərimli Yel Universiteti Hüquq fakültəsinin ("Yale Law School") tam təqaüdünü qazanmaqla magistratura pilləsinə qəbul olub.
Qeyd edək ki, bu Qafqaz regionundan "Yale Law School"a ilk qəbuldur.