Bakı. Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciəti zamanı dövlət başçısı vəzifəsindən istefa verməsi ilə bağlı bəyanatı imzalayıb.
Onun sözlərinə görə, prezident səlahiyyətlərini müvəqqəti olaraq Xalq Skupşinasının (birpalatalı parlament) sədri vəzifəsini icra edən Ana Brnabiç həyata keçirəcək.
Vuçiç səlahiyyətlərini bazar ertəsi ona təhvil verəcəyini vurğulayıb. Konstitusiyaya əsasən, yeni dövlət başçısının seçkiləri dekabrın 27-dən gec olmayaraq keçirilməlidir.
Qeyd edək ki, Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək. Vuçiç hakim Serbiya Proqressiv Partiyasının siyahısına rəhbərlik edəcək və baş nazirliyə namizəd olacaq.